Dünya futbolu

Neymarın oynamama səbəbi bilinib

PSJ-nin hücumçusu Neymarın Liqa 1-in 5-ci turunda “Sent-Etyen”lə ev oyununda meydana çıxmamasının səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə,  komandanın baş məşqçisi Tomas Tuhel braziliyalı futbolçunun özünü yaxşı hiss etmədiyinə görə dünənki matçı buraxdığını bildirib:

“Oyundan bir gün əvvəl Neymarla söhbət etdik. Ona dedim ki, məşq etməyə bilərsən, çünki səni oynatmağı düşünmürəm. Amma o, özünü yaxşı hiss etdiyi üçün hazırlıq prosesində iştirak etdi. Bundan sonra Neymar həmin gecəni yata bilməyib. Gecə ondan özünü necə hiss etdiyini soruşdum. Söylədi ki, bilmirəm. Onun bu sözü məni narahat etdi. Braziliya millisinin heyətində yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuşdu. Ona görə də rsik etmədim. Qərarı da birlikdə qəbul etdik”.

Qeyd edək ki, Neymarın oynamadığı matçda PSJ “Sent-Etyen”i darmadağın edib – 4:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43