Dünya futbolu

Neymarın yerinə Qrizman

Mövsümün sonunda PSJ-dən ayrılacağı söylənilən Neymarın yerinə Paris təmsilçisi “Atletiko”nun fransalı ulduz oyunçusu Antuan Qrizmanı transfer etmək istəyir. Franda mətbuatının yaydığı məlumata görə, PSJ oyunçunu heyətinə qatmaq üçün Madrid klubuna 150 milyon avro təklif edəcək. Xəbərdə artıq 27 yaşlı oyunçu ilə danışıqların başladığı və müsbət cavab aldındığı da qeyd edilib.

PSJ Neymarı ötən mövsüm “Barselona”dan 222 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43