Kateqoriyasız

Neymarla yeni saziş – 2021-ci ilə qədər “Barselona”da

“Barselona”nın hücumçusu Neymar klubla müqavilənin müddətini uzadıb.

İdmanxeber.com-un məlumatlna görə, yeni sözləşməyə əsasən braziliyalı futbolçu 2021-ci ilə qədər Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.

Artıq 24 yaşlı futbolçunun təzminat qiyməti də müəyyənləşib. Neymarı transfer etmək istəyən klub ilk ildə 200, ikinci ildə 222, üçüncü ildə isə 250 milyon avro ödəməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43