Ölkə futbolu

“Nəzərdə tutulan məşqlərimizi də tam edə bilmirik” – Qurban Qurbanov

"Çox təşkilatlanmış və düzgün müdafiə olunan komandaya qarşı oynadıq və lazımlı qələbə qazandıq"

İdmanxeber.comun məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 15-ci turunda "İnter"i məğlub edən (1:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

O, Əfran İsmayılovun çıxışından narazılığını da gizlətməyib.

"Əfran İsmayılovun oyunu məni qane etmədi. Matçdaki əvəzetmələri oyundan əvvəl müəyyən etmişdik. Əfranın əvəzlənməsi nəzərdə tutulmurdu. Sıx qrafikdə oynayrıq. Hər hansı bir futbolçunun fərdi keyfiyyətini artırmaq barədə düşünsək, onun zədəlnməsinə gətirib çıxara bilər. İki cəbhədə mübarizə aparırıq. Hətta bəzən nəzərdə tutulan məqşlər belə yerinə yetirilmir. Bu qrafik bizi vadar edir ki, əlimizdə olan futbolçuları qoruyaq, nəyiki onların keyfiyyətini artıraq. 

Təcrübəli mütəxəssis "Anderlext"lə oyun haqda da danışıb:

"Anderlext"lə oyuna gəlincə, əlimizdə kiçik şans olsa belə o şansı dəyərləndirmək üçün hər şey edəcəyik. Belçika səfərindən layiqli nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43