Ölkə futbolu

Nfor: “Arif Əsədova müraciət etdim və…”

“Neftçi”nin hücumçusu Ernest Nfor əsas komandaya qayıdışı lə bağlı klubun rəsmi saytına açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, o, bunları söyləyib:

“Məşqçilər heyətinin qərarına əsasən 5 gün əvəzedici komandanın düşərgəsində oldum. Məşqçilər “Simurq” və “Xəzər Lənkəran” komandalarına qarşı oyunlarda mənə şans verdilər. Sevinirəm ki, bu qarşılaşmalarda istədiyim oyunu göstərə bildim və 2 oyunda 6 xal qazandıq. Bundan sonra baş məşqçi Arif Əsədova müraciət edərək əsas komandaya qayıtmaq üçün özümü hazır hesab etdiyimi dedim. O da öz növbəsində məni anlayışla qarşıladı və müraciətimə müsbət cavab verildi. Çalışacağam ki, bundan sonra da iştirak edəcəyim oyunlarda komandama mümkün qədər faydalı olum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43