Kateqoriyasız

Niasse “Qəbələ”dən gedir?

İbrahima Niasse “Qəbələ”dən ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Yunanıstanın “Lamia” klubundan təklif alıb.

Seneqallı futbolçu bu təklifə müsbət yanaşıb. O, transferin reallaşması üçün vizanın həll olunmasını gözləyir.

Niasse 2019-cu ilin oktyabrında “Qəbələ”yə keçmişdi. O, 2012-2013 mövsümündə “İnter” (indiki “Keşlə”), 2013/14 mövsümündə isə “Qəbələ”də oynayıb. Təcrübəli futbolçu daha öncə Yunanıstanda “Levadiakos”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43