Dünya futbolu

Niderland – Türkiyə matçı fransalı hakimə tapşırıldı

Avropa çempionatı 1/4 final mərhələsi çərçivəsində keçiriləcək oyunlarına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə – Niderland görüşünün də referisi bəlli olub. Matç fransalı hakim Klement Turpinə tapşırılıb. Ədalət təmsilçisi buna qədər turnirdə iki oyun idarə edib.

O, çempionaıtn açılış matçı Almaniya – Şotlandiya və İngiltərə – Sloveniya görüşlərində iş başında olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43