21 Sentyabr 2024
Dünya futbolu

Niderlandlı futbolçu Avro-2024-də iştirak etməyəcək

Niderland millisinin yarımmüdafiəçisi Ten Koepmeynners bu il keçiriləcək Avropa çempionatını buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Atalanta”nın yarımmüdafiəçisi İslandiya ilə yoldaşlıq oyunu öncəsi isinmə hərəkətləri zamanı zədələnib.

Avro-2024-ün qrup mərhələsində Niderland Polşa (16 iyun), Fransa (21 iyun) və Avstriya (25 iyun) ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43