Kateqoriyasız

Niderlandlı futbolçu Azərbaycandan təklif alıb

Niderlandın “Sparta” klubundan ayrılan Bart Vrinds Azərbaycandan təklif alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi özü açıqlama verib. O, “vi.nl” saytına açıqlamasında Kipr, Azərbaycan, Hindistan kimi ölkələrdən təkliflərin olduğunu söyləyib.

Mərkəz müdafiəçisi ötən mövsüm “Sparta” ilə 34 matçda 3 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43