08 Sentyabr 2024
Dünya futbolu

Niderlandlı mütəxəssis Kurasao millisini çalışdıracaq

Dik Advokat Kurasao milli komandasının baş məşqçisi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, Kurasao Fifa reytinqində 90-cu yeri tutur.

Advokat karyerasında 13 kubok qazanıb. 76 yaşlı mütəxəssis Niderland, Rusiya, Belçika millilərində, PSV, “Feyenoord”, “Zenit” və “Fənərbağça” kimi klublarda çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43