Kateqoriyasız

Nigeriya millisinin üzvü Azərbaycanda oynamaqdan imtina etdi

Qazaxıstanın “Atırau” klubunun futbolçusu Babatunda Adeniyinin Azırbaycanda oynamaq ehtimalı olsa da, o, bundan imtina edib.

Nigeriyalı hücumçu “Keşlə”dən təklif alıb. Lakin tərəflər arasında danışıqlar müsbət nəticələnməyib. 24 yaşlı forvard karyerasını Qazaxıstanda davam etdirmək qərarına gəlib. O, “İrtış” klubu ilə müqavilə imzalayıb. Nigeriya millisinin üzvü yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq.

Adeniyi ötən mövsüm “Atırau”nun heyətində 30 oyun keçirib və 8 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43