Ölkə futbolu

Nigeriyalı futbolçu “Zirə”yə döndü

Nigeriyalı futbolçu Viktor İqbekoyi “Zirə” ilə yeni müqaviləyə imza atıb. 

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiçi ilə bir illik anlaşma imzalanıb. Təcrübəli futbolçu ötən mövsüm də “gənc qartallar”ın şərəfini qorumuşdu. 

Viktor artıq bu gündən komandanın məşqlərinə qoşulacaq.

Viktor İqbekoyi ölkəmizdə “Turan”, “Qarabağ” və AZAL-ın da şərəfini qoruyub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43