“Qarabağ”ın Avropa Liqası pley-off mərhələsində rəqibi Portuqaliyanın “Braqa” klubu olub.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə millisinin sabiq üzvü Nihat Kahveçi hazırda yayımlanan yutub kanalında püşkü dəyərləndirib. O, “köhlən atlar”ın şanslarını belə şərh edib:
“Qarabağ”la qürur duyuruq. Azərbaycanda da lider gedirlər. Çox sevinirəm bu səviyyədə olduqlarına. “Braqa”nın stadionu dağların əhatəsindədir. Ümid edirəm ki, onların zərbələri dağa-daşa gedər. “Qarabağ” mərhələni keçən tərəf olsun”.
Xatırladaq ki, ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.