Dünya futbolu

Nikola Çitro qərarını verəcək – “Qarabağ”a gəlir?

“Qarabağ”ın müqavilə təklif etdiyi iddia edilən “Trapani”nin hücumçusu Nikola Çitronun yeni klubu hələ də müəyyənləşməyib.

28 yaşlı futbolçu tezliklə qərarını verəcək. Lakin Çitronun Ağdam klubuna keçidi real görünmür. Forvard karyerasını İtaliyada davam etdirmək niyyətindədir. Nikola ilə B Seriyasına vəsiqə qazanan “Fodja” və “Parma” klubları daha yaxından maraqlanır. Çitronun isə “Fodja”ya keçidi daha real görünür.

Hücumçunun adı B Seriya təmsilçisi “Frozinone” ilə də bitgə hallanır. Çitro “Trapani” ilə başa çatan müqaviləsini yeniləmək istəmir və yekun qərarını tezliklə verəcək.

Qeyd edək ki, İtaliya mətbuatı “Qarabağ”ın Nikola Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43