05 Avqust 2020
Kateqoriyasız

Nikola Yurçeviç: “Futbolda hər şey mümkündür”

“İlk növbədə Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Çünki bu, Azərbaycan üçün çox vacib bayramdı. Çox maraqlı və çətin oyun olacaq. Xorvatiya dünya vitse-çempiondu. Biz isə yaxşı məşq etmişik və yaxşı oyun, performans göstərməyə hazırıq. Hazırda hamı oynaya biləcək vəziyyətdədi. Yalnız Aleksey İsayev zədəli olduğu üçün bura gəlməyib. Təxmini 13-14 futbolçu arasında ilk “11-lik” müəyyənləşdirməliyəm. Digər tərəfdən, oyunumuz öz evimdədi. Ümid edirəm ki, vətənimdəki ilk matçımız uğurlu olacaq”.
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə sabah keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.


Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə sabah keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Gördüyünüz oyunçulardan nə dərəcədə razısınız?

– Oyunçularımın məşqlərdə göstərdiklərindən razıyam. Bütün futbolçular motivasiyalıdılar. Onlar özlərini gözlədiyimdən də yüksək səviyyədə göstərdilər. Digər tərəfdən, xorvatiyalı futbolçuların səviyyəsi fərqlidi. Amma futbolda hər şey mümkündü.

– Bu dəfə əks tərəfdəki skamyada oturmaq sizin üçün qəribə olmayacaq?

– Sözsüz ki, qəribə olacaq. Amma Azərbaycan yığmasının baş məşqçisi olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, uğurlu alınacaq.

– Sələfiniz və həmyerliniz Robert Prosineçki oyundan bir gün əvvəl start heyətini açıqlayırdı. Sabahkı görüşdə oyun və heyət baxımından çox dəyişiklik gözlənilir?

– Təqribən 13-14 futbolçu arasından seçim etməliyəm. 4-1-3-1 və ya 4-2-3-1 taktiki sxemindən yararlanacağam.

– Öz evinizə baş çəkməyə vaxtınız oldumu və dostlarınız Azərbaycan millisi ilə bağlı sizə nə dedilər?

– Çox imkanım olmadı. Yalnız dünən gedib qızlarımı gördüm. Dostlarımı isə görə bilmədim. Ümid edirəm ki, bu gün görə biləcəyəm. Dostlarımın hansı fikirdə olduqlarını bilmirəm. Ümid edirəm ki, daha çox mənim tərəfdə olacaqlar. Əminəm ki, ailəm mənim tərəfimdə olacaq.

– Həmkarınız Zlatko Daliç sizi tərifləyərək bildirib ki, rəqib komandanın baş məşqçisinin xorvatiyalı olmaması daha yaxşı olardı…

– Daliçə komplimentlərinə görə təşəkkür edirəm. Məncə, o, layiqli baş məşqçidi. Xorvatiya millisinin müdafiə xəttində problemlərin olacağı gözlənilir. Bu, dünya və Avropa çempionatlarının final mərhələlərində özünü yaxşı göstərir. Zəif cəhəti isə daha aşağı səviyyəli komandalarla oyunlarda üzə çıxır.

– Robert Prosineçki ilə yığma barədə nə qədər fikir mübadiləsi aparmısınız?

– Onunla bir ay əvvəl söhbət etmişdik. Ümumi fikir alış-verişi idi. Əlavə söhbətimiz olmayıb.

– Rəqibdən xal almaq üçün futbolçulara hansı məlumatları çatdırmısınız?

– Xorvatiya barədə məlumatlar artıqlaması ilə çatdırılıb, video-analizlər aparılıb, detallı söhbət olub. Amma əsas məsələ bu yox, meydanda nələrin baş verəcəyidi. Hamımız rəqibin favorit olduğunu bilirik. Çalışacağıq ki, onlar üçün xoş olmayan sürpriz edək. (matç.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

MOİK çempion oldu!

admin

İspan məşqçidən “Qarabağ”a Ovusu ilə bağlı XƏBƏRDARLIQ

admin

PFL mükafatlandırmanın tarixini açıqladı

admin