Milli komanda

Nikola Yurçeviç : “Həmin oyunu səbirsizliklə gözləyirəm”

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib. 52 yaşlı mütəxəssis ölkəsinə qarşı oynayacağı görüşü səbirsizliklə gözlədiyni bildirib:

“Maksimir” stadionunda keçiriləcək görüşü səbirsiziklə gözləyirəm. Keçmiş xatirələrə qayıtmaq möhəşəmdir. Xorvatiyaya rəqib olmaq qeyri-adi hissdir. Ancaq həyat belədir. Hamı gözəl başa düşür ki, bu oyunda Xorvatiya aşkar favoritdir. Ancaq bacardığımız qədər mübarizə aparacağıq”.

Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43