Kateqoriyasız

Nildo və Benuahi zədələnib

Premyer Liqanın VI turunda “Bakı” üzərində əzmkar və inamlı qələbədən sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib.

Səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarım ərzində bərpa məşqini keçirməklə yanaşı, fiziki və taktiki çalışmaları da yerinə yetirib. Keçirilən məşqlərdə “Bakı” ilə oyunda 90 dəqiqə çıxış edən futbolçulara nisbətən yüngül çalışmalar verilib. Futbolçulardan Junior Nildo və Zoahir Benouahi yüngül zədə üzündən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin nəzarətində fərdi məşq keçdi. “Xəzər Lənkəran” çərşənbə gününə qədər AZAL komandası ilə oyuna hazırlığı Lənkəranda keçirib səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43