Kateqoriyasız

“Niyə oynamamağımla bağlı müraciətimə konkret cavab ala bilmədim” – “Kəpəz”dən ayrılan futbolçu

“Mənim müqaviləm bitmişdi. Premyer Liqa, yeni mövsüm üçün sözləşməm uzadılmali idi”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Kəpəz”dən ayrilan İbrahim Qədrizadə deyib.

O, klubda niyə forma şansı qazana bilməməsinin səbəblərini məşqçidən soruşduğunu, ancaq konkret cavab ala bilmədiyini bildirib:

“Divizionda məşqçi məni oynatmayanda niyə oynamamağımın səbəbini soruşdum, konkret cavab ala bilmədim. Oyunumla bağlı deyil, məşqimlə bağlı deyil, bəs nə ilə bağlıdı? Demək ki, burada başqa məsələlər var imiş”.

“Xəzər Lənkəran”ın sabiq üzvu karyerasını “Zaqatala”da davam etdirəcəyini bildirib:

“Karyeramı “Zaqatala”da davam etdirəcəm. İnanıram ki, burada karyeram daha uğurlu alınacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43