Ölkə futbolu

Nizami Hacıyev: “Bu dəyişikliklər bəhrəsini vermədi”

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, “İnter” doğma meydanda “Qəbələ”ni qəbul edib. Oyun meydan sahiblərinin 1 – 3 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdan sonra “İnter”in kapitanı Nizami Hacıyev jurnalistlərə açıqlama verib.

Oyun yaxşı keçdi. Rəqib layiqli qalib gəldi. İlk hissədə hesabı bərabərləşdirdikdən sonra 2-ci qolu vura bilərdik, amma alınmadı. “Qəbələ” əlverişli imkanlarından yaxşı istifadə etdi. Bəzi futbolçularımız oynamırdı. Ona görə də taktiki planda bəzi dəyişiklər oldu və bu da bəhrəsini vermədi”.

Kapitan komandanın qapısına təyin edilmiş iki penalti haqda da danışıb:

“Elnur Abdullayev bildirdi ki, ilk epizodda topa başla toxunmaq istəsəm də, əlimə dəydi. İkinci penalti haqda isə onu deyə bilərəm ki, hakim düzgün qərar verdi”.

Hacıyev cavab qarşılaşması haqda da danışıb:

“Hazırda cavab qarşılaşması haqda deyil, AZAL-la keçirəcəyimiz oyunu düşünürük. Həmin oyun bizə çox şeyi verir. Qalib gəlsək, 3-cü yeri özümüz üçün təmin edə bilərik. Ona görə də, kuboku unudub, AZAL-la oyuna hazırlaşmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43