Dünya futbolu

Nolito yenidən La Liqa klubunda

“Mançester Siti”nin hücumçusu Nolito yenidən İspaniya La Liqasında oynayacaq.

31 yaşlı futbolçu icarə əsasında “Sevilya”da çıxış edəcək. Bu keçid üçün “Sevilya”nın “şəhərlilər”ə 4 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, ötən il “Selta”dan transfer olunan ispaniyalı hücumçu “Mançester Siti”nin əsas heyətində möhkəmlənə bilməyib. O, ümumilikdə 30 oyunda iştirak edib və 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43