Milli komanda

Norveç – Azərbaycan matçına nə qədər bilet satılıb?

ANŞLAQ OLACAQ

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də keçiriləcək Norveç – Azərbaycan oyunu üçün satışa çıxarılan biletlərin hamısı satılıb.

İdmanxeber.com-un məlumatına görə, Oslodakı “Ulleval” stadionunda baş tutacaq oyun üçün satışa çıxarılan 28 min biletin hamısı satılıb. 

Qeyd edək ki, Norveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43