Milli komanda

Norveç – Azərbaycan oyununa nə qədər bilet satılıb?

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Osloda keçiriləcək Norveç – Azərbaycan matçı üçün bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, satışıa çıxarılan 28 min biletin artıq 15 minə yaxını satılıb. 

Matç gününə kimi isə bu biletlərin hamısının satılıb qurtarması gözlənilir.

Qeyd edək ki, oyun 28 min azarkeş tutumuna malik “Ullevaal” stadionunda baş tutacaq. İyunun 12-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43