Milli komanda

Norveç millisinin baş məşqçisi: “Azərbaycanı məğlub etməliyik”

Norveçin 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Azərbaycanla qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsində millimizi qəbul edəcək olan Norveç U-21 yığmasının baş məqşçisi Leif Qunnar oyunla baqlı açıqlama verib. Qunnar son oyunda qalib gəlmək istədiklərini bildirib:

” Bakıdakı matçda rəqib bizə problem yaşatsa da, onları  məğlub edə bilmişdik. Öz meydanımızda qələbə qazanaraq seçmə mərhələyə yaxşı yekun vurmaq istəyirik. Bununla yanaşı, öz reytinqimizi artırmaq barədə də düşünürük”.

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandamız hazırda 2 xalla qrup sonuncusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43