27 Yanvar 2020
Milli komanda

Norveç millisinin baş məşqçisi: “Azərbaycan yığması az risklə oynayır”

“Azərbaycan millisinin Serbiyaya uduzduğu oyunu köməkçim stadiondan izləyib. Azərbaycan millisi yeni baş məşqçinin gəlişindən sonra martda Maltanı məğlub etdi. Biz həmin matça da baxmışdıq.  Onlar əsasən 4-5-1 taktiki sxemi ilə oynayırlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi  Per-Matias Hoqmo “Avro-2016″nın seçmə mərhələsində Azərbaycanla matç öncəsi deyib.

Təcrübəli çalışdırıcı bu gün yoldaşlıq görüşü keçirəcəkləri İsveçlə  Azərbaycan millisinin  oyun üslubunda oxşarlıq olduğunu bildirib: “Azərbaycan yığması da az risklə oynayır. Onlar ağıllı futbola üstünlük verir. Azərbaycanla müqayisədə İsveçin üstünlüyü ondadır ki, heyətində daha təcrübəli futbolçular çıxış edir”.

Qeyd edək ki, milli komandamız iyunun 12-də “Avro-2016″nın seçmə mərhələsində səfərdə Norveçin qonağı olacaq.

Oxşar xəbərlər

Reynaldo: “İstəmərəm Qurban Qurbanov milliyə getsin”

admin

Kamran Ağayev: “Kimsə kimisə millidən qova bilməz”

admin

Millimizin baş məşqçisi: “Bizi finala bərabər oyun gözləyir”

admin