İdman

Norveç millisinin futbolçusu: “Qələbə qazanacağıq”

“Görüşə yüksək-əhval ruhiyyə ilə köklənmişik. Təlim-məşq toplanışımız da olduqca yaxşı keçib”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Haytam Alisami DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Futbolçu millimizlə görüşdə qələbə qazanacaqlarına inandığını söyləyib: “Kiçik zədələlilərimiz var. Ancaq bu heçnəyi dəyişmir. Oyuna çox ciddi hazırlaşmışıq. Evdə oynadığımız üçün üstünlüyümüz daha çoxdu. İnşallah, qələbə qazanacağıq”,

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43