Milli komanda

Norveçin baş məşqçisi: “Bu məğlubiyyətin heyfini Azərbaycandan çıxacağımıza inanıram”

AVRO-2016-nın seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq olan Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo  Estoniyaya məğlub olduqları (0:1) görüşdən sonra mətbuata danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri səsləndirib:

“Bu yoxlama matçı bizim üçün çox faydalı oldu. Estoniya ilə görüşün çətin olacağını bilirdik. Qapımızdan erkən qol buraxdıq. Komandam ikinci hissədə daha yaxşı təsir bağışladı.

Bir neçə yüzfaizli qol imkanımız olsa da, istifadə edə bilmədik. Növbəti oyunumuz Azərbaycan millisi ilə olacaq. İndi həmin qarşılaşma haqda düşünməliyik. Bu məğlubiyyətin heyfini Azərbaycandan çıxacağımıza inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43