İdman

Norveçin baş məşqçisi: “Elyunussi “Qarabağ”ın aparıcı üzvünə çevrilə bilər”

Norveç millisinin baş məşqçisi Lars Lagerbek "Qarabağ"ın Olimpiyakos kollektivindən icarə əsasında heyətinə qatdığı Tarik Elyunussinin keçidinə şərh verib.

İdmanxeber.com-un Norveç mətbuatına istinadən verdiyi məlumata görə, 69 yaşlı çalışdırıcı Elyunissinin yeni klubunda daha çox forma şansı qazanacağına ümid edir: "Mənim fikrimə görə, bu yaxşı transferdi. Tarik Çempionlar Liqasında çıxış edəcək komandaya keçib. Bu onun üçün yaxşı imkandı. İndi o, "Qarabağ"ın aparıcı üzvünə çevrilə bilər. Elyunissinin klubunda uğurlu çıxışı milli komandadakı karyerasına da müsbət təsir göstərəcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43