İsveç “Hakken”inin baş məşqçisi Per-Matias Höqmo “Qarabağ”la Bakıdakı oyundan sonra istefa verəcəyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, norveçli təcrübəli mütəxəssis üçün “Qarabağ” ilə oyun son olacaq və klubdan rəsmən ayrılacaq.
Qeyd edək ki, 64 yaşlı mütəxəssis 2021-ci ildən İsveç klubuna başçılıq edirdi.