Kateqoriyasız

“Noutbukda “Qarabağ”ın oyununu izləyirdik” – “Dandolk”un hücumçusu

“Dandolk”ın futbolçusu Patrik Hoban Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la ilk matç öncəsi İrlandiya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçu həftə ərzində çox çalışdıqlarını bildirib:

“Riqa” ilə matçdan sonra təyyarəyə minəndə rəqibimizin “Qarabağ” olduğunu bilirdik və noutbukda onların oyununu izləyirdik. Bu zaman rəqibin oyun keyfiyyətini görmək olardı. “Qarabağ” sürətli və axıcı oyun sərgiləyir, amma onların da zəif tərəfləri var”.Rəqib topla yaxşı oynayır. Evdə oynamağımıza baxmayaraq, onlara hörmət etməliyik. Hər xırda detal üzərində çalışmışıq və bunları meydandan etməliyik. Hər kəs üzərinə düşəni etməsə, cəzalandırılacağıq. “Qarabağ”ın yaxşı hücumçuları var və boş yer buraxmırlar.  Fürsətlərdən istifadə etməliyik, amma səbirli olmalıyıq”.

Qeyd edək ki, “Dandolk” – “Qarabağ” görüşü bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qoran Sabliç: “Bacara bilmədik”

admin

Ürfan Abbasov: “Uğurlu seriyanı “Qarabağ” oyununda da davam etdirməliyik”

admin

Azad Rəhimov: “Ermənistanın təhlükəsizliyi tam təmin olunmuşdu”

admin