Kateqoriyasız

Növbəti oyununun vaxtı və hakimləri açıqlandı – “Qarabağ”ın ÇL matçı üçün

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Furkat Atajanov olacaq. Ona yan xətdə həmyerliləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində bu gün keçiriləcək “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.

Avqustun 26-da  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43