08 Dekabr 2022
Kateqoriyasız

Nurlan İbrahimovla bağlı qərar dəyişdirilmədi

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə İbrahimov özü məlumat verib.

44 günlük Vətən müharibəsi zamanı “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

İdman Arbitraj Məhkəməsi onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Amma qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Keşlə” Tərlan Əhmədovla bağlı qərarını açıqladı

admin

Avstriya 3 xalı 3 qolla qazandı – Video

admin

“Böyük Dəbilqə”: Azərbaycanı bir cüdoçu təmsil edəcək

admin