Kateqoriyasız

“Nurlan İbrahimovun sayəsində faciə olmadı” – Hannes Haldorsson

“Qarabağ”ın sabiq qolkiperi Hannes Haldorsson Ağdam klubunda oynadığı zaman başına gələn  hadisəni xatırladıb.

İdmanxeber.az-ın məlumatına görə,  İslandiya mətbuatına danışan “Valyur”un qapıçısı  Bakıda küçələrdən birində şəxsi avtomobili ilə adam vurmasına toxunaraq, hadisəni yenidən xatırlayıb:

“Qəfildən yola çıxan bir kişini vurmuşdum. Xoşbəxtlikdən o, sağ qaldı. Lakin bu,  komandaya düşməyə çalışdığım zamanda olduğu üçün çətin idi. Çox narahat olmuşdum. Nurlanın (“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu nəzərdə tutur – red.) sayəsində hadisə faciə ilə nəticələnmədi”.

Qeyd edək ki, H.Haldorsson 2018-ci ilin yayında 2019-un aprelinə kimi “Qarabağ”da oynayıb. O, ötən ilin oktyabr ayında idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurmuşdu.

Oxşar xəbərlər

Ramil Şeydayev “Dinamo”da! – RƏSMİ

admin

“Qarabağ”ın Çempionlar Liqasının “play-off” mərhələsindəki rəqibi “Ayaks” oldu!

admin

“Neftçi” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

admin