Kateqoriyasız

Nurlan Novruzov Nepalda komandasına qələbə qazandırdı – Video

Azərbaycanlı futbolçu Nurlan Novruzovun şərəfini qoruduğu “Lalitpur Siti” Nepal Super Liqasında ilk qələbəsini qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” V turda “Butval Lumbini”yə qalib gəlib – 1:0. Komandanın qələbə qolunu 5-ci dəqiqədə Nurlan Novruzov vurub.

Bu nəticədən sonra xalını 6-ya çatdıran “Lalitpur Siti” 4-cü pilləyə yüksəlib.
Hazırda “Lalitpur Siti” 6 xalla 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43