Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxır.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Ulm 1846” klubu ilə üz-üzə gələcək. Emreli matça ehtiyatda başlayacaq.
O, zədəsi səbəbindən bundan öncəki oyunları buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Ulm 1846” – “Nürnberq” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.