”Nyukasl” Joelintonla yayda yeni müqavilə imzalamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar müsbət yöndə gedir.
Joelinton 2019-cu ildə 40 milyon avroya “Hoffenhaym”dan “Nyukasl”a keçib. 27 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 23 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
O, Braziliya millisində isə 5 oyunda meydanda olub və 1 dəfə fərqlənməyi bacarıb.