Dünya futbolu

“Nyukasl” “Real”ın oyunçusuyla maraqlanır

”Nyukasl” Dani Sebalyosla maraqlanır.

İdmanxeber.az məlumat verir ki, “sağsağanlar” ispaniyalı yarımmüdafiəçini transfer etmək üçün yaxın zamanda “Real”la danışıqlara başlayacaq.

Sebalyos bu mövsüm “Real” formasıyla bütün turnirlərdə 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

27 yaşlı oyunçu daha öncə 2 mövsüm Premyer Liqada oynayıb. O, icarə əsasında “Arsenal”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43