Kateqoriyasız

“Nyukasl”dan Ronaldo açıqlaması

“Nyukasl”ın baş məşqçisi Eddi Xau Kristiano Ronaldo ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis ötən gün “Arsenal”la oyundan (0:0) sonra ulduz futbolçunun komandaya keçmək ehtimali ilə bağlı “Sky Sports”a danışıb.

“Ronaldoya uğurlar arzulayırıq. Ancaq onun bizə transfer olunacağı ilə bağlı deyilənlər doğru deyil” – deyə, Xau bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Nasr”a transfer olan Ronaldonun Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə “Nyukasl”a keçəcəyi iddia edilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43