16 Sentyabr 2024
Dünya futbolu

“Nyukasl”ın braziliyalısı zədələnib

”Nyukasl”ın oyunçusu Joelinton sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi zədəsinə görə ən az 6 həftə meydanlardan uzaq qalacaq.

Joelinton bu mövsüm 23 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43