Dünya futbolu

O, ÇL-da həftənin ən yaxşısı seçildi

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Bavariya”nın oyunçusu Aryen Robben ən yaxşı seçilib. O, 38 faiz səs toplayıb.

Qeyd edək ki, A.Robben ÇL-in 1/8 finalında “Arsenal”la matçda (5:1) 1 qol vurub, 3 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43