Kateqoriyasız

“O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı…” – Qara Qarayev

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr – Anım günü ilə bağlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:

“29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən – 06:00 radələrində atam oyandırdı məni, “dur, müharibə başladı”. Tez oyandım və mənə ilk olaraq “tez internetdə nələr yazır, bax”, dedi… O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı… Öz qanı ilə, canı ilə Vətən yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43