İdman

“O, “Neftçi”dən uzaqlaşdırılacaq”

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Qarabağ”la oyun zamanı meydana daxil olan azarkeşə hücum edib ona zərbə vuran futbolçuları Katalin Tiranın hərəkətinə münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə,  o, ruminiyalı oyunçunun hərəkətini pisləyib. “Futbol meydanı boks rinqi deyil” – deyə o, “CBC Sport”a bildirib. Əlavə edib ki, bu hərəkətinə görə, Katalin Tiranı ciddi cəza gözləyir.

“Yəqin ki, o, “Neftçi”dən uzaqlaşdırılacaq” – deyə E.Abdullayev qeyd edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43