Dünya futbolu

O, Türkiyə ilə oyunu buraxacaq

Çexiya millisi Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Türkiyə ilə oyununa ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komandanın heyətində Patrik Şik zədə səbəbindən bu matçı buraxmaq məcburiyyətində qalacaq.

Təcrübəli forvard Gürcüstanla matçda (1:1) sıradan çıxmışdı. O, zədə səbəbindən Türkiyə görüşdə meydanda ola bilməyəcək. 

Qeyd edək ki, Çexiya – Türkiyə oyunu iyunun 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43