Dünya futbolu

Obameyanq “Çelsi”dəki gələcəyini təhlükəyə atıb

“Çelsi” Pyer-Emerik Obameyanqın “Barselona”nın soyunub-geyinmə otağına girməsindən narazı qalıb.

İdmanxeber.az-ın məlumatına görə, qabonlu futbolçu “Barselona”nın “Real”ı 2:1 hesabı ilə məğlub etdiyi oyunu stadiondan izləyib. O, görüşün ardından ev  sahibi komandanın platardəyişmə otağına yollanaraq futbolçularla qələbəni bayram edib.

London klubu isə Obameyanqın bu davranışını bəyənməyib. “Çelsi” rəhbərliyi bunun peşəkarlığa zidd olduğunu düşünür.

İngiltərə mətbuatı yazır ki, bu hadisədən sonra 33 yaşlı hücumçunun “zadəganlar”dakı gələcəyi şübhə altında düşüb.

33 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43