Dünya futbolu

Obameyanqın yeni klubu müəyyənləşdi

Almaniyanın “Borussiya” Dortmund komandasında çıxış edən Pyer Emerik Obameyanq karyerasını PSJdə davam etdirməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, klublar artıq transferin məbləğini razılaşdırıb. Qabonlu forvard üçün fransız klubu 70 milyon avro ödəyəcək. Bu məbləğ “Borussiya”nı qane etdiyindən komanda futbolçunu buraxmağa razılıq verib.

Futbolçunun özü isə ildə 10 milyon avro məvacib alacaq.

Xatırladaq ki, dünən Obameyanq klub rəhbərliyinə getmək istədiyini bəyan etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43