11 Avqust 2020
Kateqoriyasız

“Oğullarından forma aldım, indi nəvələrini gözləyirəm” – Buffon

“Yuventus”un qapıçısı Canluicci Buffon İtaliya kubokunun yarımfinalında “Milan”la oyundan sonra (1:1) maraqlı açıqlama verib. 42 yaşlı qolkiper “Milan”ın əfsanəvi futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini ilə forma dəyişdirməsinə münasibət bildirib:
“Kolleksiyamda Kyeza, Türam və Veanın həm özlərinin, həm də oğullarının formaları var idi. İndi isə Maldininin oğlundan forma aldım. Artıq onların nəvələrini gözləyirəm”.
Qeyd edək ki, 2001-ci ildən “Yuventus”da çıxış edən Buffon 2018-2019 mövsümündə PSJ-də oynayıb, ötən il isə yenidən Turin klubuna qayıdıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Cari mövsümdə 6, tarixdə 16

admin

“Şerif”in pley-off şansları artdı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin