Kateqoriyasız

Oğuz Çətin: “Biz müdafiə xəttini gücləndirməliyik”

Topaz Premyer Liqasının 17-ci turu “Xəzər Lənkəran” üçün uğurlu alınmadı. Cənub klubu hesabat turunda “Qarabağ”a 2-3 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin məğlub olduqları matçı belə şərh edib:

“Meydançaya qələbə qazanmaq  üçün çıxmışdıq. İstəyimiz çox idi. “Qarabağ” kimi komandaya 2-1 qalib gəldiyin oyunu yekunda 2-3 hesabı ilə uduzmaq çox üzücüdür. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43