Ölkə futbolu

Oğuz Çetin: “Bu oyunu unutmalıyıq”

Topaz Premyer Liqasının 8-ci turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 4-0 hesablı qələbə qazandı.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çetin böyükhesabla qələbə qazandığları matç haqqında danışıb:

“Son iki həftədə xallar qazanmışdıq. Bunu davam etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. “Bakı” ilə oyunda yaxşı oyun sərgiləyib,üç xal qazandıq. Bizim hədəflərimiz böyükdür. Qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna hazırlaşmalıyıq. “Bakı”nın hədəfləri böyük olmasa da arzusu böyükdür. Sevindirici haldır ki, qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43