Kateqoriyasız

Oğuz Çətin bunu da aradan qaldırsa… AZARKEŞ YAZISI

Həm “İnter”in, həm də “Qarabağ”ın avrokuboklarda yaxşı oyun nümayiş etdirməsi diqqətdən kənarda qala bilməz. Hər iki komanda ilk mərhələni rahatlıqla adladı. “İnter” ikinci mərhələni mübarizədə dayandırdı, “Qarabağ” isə III mərhələdə oyunları qarşıdakı həftədə keçirəcək. 

“Bankirlər”in bəxti gətirmədi. Artıq üçüncü dəfədir ki, avrokuboklarda bu komandanın oyununun taleyi penaltilər seriyasına qalır. “Lotoreya” və ya “rus ruleti” adlandırılan bu seriyada paytaxt klubu məğlub olur. Bu iki komandanı stabil çıxışı isə davam edir. Kaxa yenə də çempionatda komandası ilə davam edəcək, avrokbuoklara vəsiqə qazanacaq. 

“Qarabağ”ın da önünüə çox çətin – “Zalsburq” səddi çıxdı. Amma Qurban Qurbanovun komandasının “play-off”a getmək şansları az deyil. Bunu zaman göstərəcək. Bütün ölkə ən azından “Qarabağ”dan Avropa Liqasınnı qrup mərhələsində oynamağını gözləyir.

Bu iki komandanın uğurlarının kökündə isə yalnız bir məsələ dayanır. Uzun müddətdir eyni məşqçilərə güvən komanda rəhbərlikləri bunun bəhrəsini görürlər. Kaxa da, Qurban da öz istədikləri komandaları yarada biliblər. “İnter” “Elfsborq”a qarşı 10 nəfərlə oynasa da, əzmkar oyun göstərdi. Onların oyunu alqışlanası idi. “Qarabağ”ın isə hər mövsüm çıxışı göz önündədir.

İndi sözüm digər komandalaradır. Əsas isə “Xəzər Lənkəran”a. Hər 6 aydan bir baş məşqçi dəyişən cənub klubu vaxtında bir məşqçi ilə davam etsəydi, hər şey başqa cür idi. Ağasəlim Mircavadov iki oyuna görə qovulmasaydı, məncə, indi “ağ-yaşıllar”da avrokubokların qrup mərhələsi üçün oynayırdı. Sloveniyadan digər komandalarımızın oyununa baxmırdı.

İndi Oğuz Çətin yaxşı komanda yaradıb. Amma vaxt lazımdır. Dənizlini, Toşakı öz ağırılğında biabır edən XL Çətinə vaxt verəcəkmi? Gözləyək görək. Türkiyəli məşqçi komandaya keyfiyyətli yerli futbolçular cəlb etsə də, komandanın yarısı sayılan qapı xəıttinə problemlər davam edir. Əgər Oğuz “hoca” bunu da aradan qaldıra bilsə, o zaman əsl “Xəzər Lənkəran” görə biləcəyik.

Şəhriyar Əsədli


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43