Premyer Liqa

Oğuz Çətin etiraf etdi: “Ağıllı oynamalı idik”

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çərin AZAL-la oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun türkiyəli çalışdırıcısı heç-heçəni belə şərh edib:

“İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci oyunda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama oyunlarında sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Oyunumuz, ümumilikdə pis deyildi. 70-ci dəqiqəyə kimi yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43