Müsahibə

Oğuz Çətin sərt tənqid etdi: “Mənim baş məşqçi kimi işləməyimi istəmədi”

"Xəzər Lənkəran"ın baş məşqçisi olan Oğuz Çətin 2005-ci il də Türkiyə millisində birgə işlədiyi Fatih Terim haqqında danışdı.

İdmanxeber.com-un məlumatına görə, Oğuz Çətin verdiyi açıqlamada "İmperator"u sərt tənqid edib:

"2005-ci ildə Türkiyə millisində işləməyə başladım. O zaman Terim komandadan getdikdən sonra yığmanı mən və ya məşqçi heyətindəki şəxslərdən birinin çalışdıracağını düşünürdük. Ancaq F.Terim Türkiyə millisi ilə yolları ayırdıqdan sonra Qus Hiddink onun əvəzinə gətirildi. Hiddinklə də o, getdikdən sonra baş məşqçi olacağımı düşündüyüm üçün işlədim. 80 milli matçda komandanın məşqçilərindən biri oldum. Ancaq bu təcrübəm heç kəs tərəfindən dəyərləndirilmədi. Fatih Terim heç zaman mənə dəstək olmadı. Mənim yığmada baş məşqçi kimi işləməyimi istəmədi. Ancaq Mustafa Dənizli onun kimi deyil".

 Sonda isə O.Çətin millidə gənc məşqçilərə də şans verilməsini tələb edib:

"Fatih Terim, Qus Hiddink, Abdullah Avcıdan sonra niyə Aykut Kocaman, Ertoğrul Sağlam kimi gənc məşqçilər millidə işləməsin? Ölkədə elit məşqçilərin sayını artırmaq lazımdır. Yalnız Fatih Terimi yığmaya gətirmək düzgün deyil. Elit məşqçilərin sayı artsa, ölkə futbolu da inkişaf edəcək".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43